tramp 41 900x506 1

ABŞ Prezidenti Donald Trampın Papa XIV Leonu tənqid etməsi, o cümlədən özünü İsa Məsihə bənzətdiyi fotonu paylaşması geniş müzakirələr yaradıb. Bu addımlar xristian ənənələrinə zidd kimi qiymətləndirilib və əksəriyyətin kəskin narazılığına səbəb olub.

Baş verənlər necə dəyərləndirilə bilər? Donald Tramp xristian dünyasına müharibə elan edir?

Globalinfo.az-a danışan araşdırmacı jurnalist Elnur Ənvəroğlu deyib ki, Trampın sözügedən addımları diqqət çəkməyə və gündəmi dəyişməyə yönəlib:

“Ağ Ev rəhbəri adətən siyasi kommunikasiya baxımından tez-tez şok effekti yaradan bəyanatlardan istifadə edir. Bununla o, medianın diqqətini dərhal cəlb edir, digər siyasi mövzuları bəzən kölgədə qoyur  və tərəfdar bazasını öz xeyrinə mobilizə edir. Nəzərə alaq ki, onun paylaşımları həm də daxili siyasi auditoriyaya hesablanmış mesajlardır”.

elnur enveroglu

Elnur Ənvəroğlu

Politoloq bildirib ki, ABŞ-da bəzi evangelist və konservativ dairələrdə Tramp artıq “xüsusi missiyası olan lider” kimi təqdim olunur:

“Bu tip ifadələr həmin qruplar arasında simvolik rezonans yarada bilməklə yanaşı, həm də lider kultunu gücləndirə bilir. Donald Trampın bu cür davranışı həm də bir növ provokasiya və ya “Overton pəncərəsi” strategiyasına bənzəyir. Yəni başlanğıcda radikal və mübahisəli fikirlər səsləndirərək əvvəlcə sərt reaksiya doğurur, daha sonra yumşaq mövqe tutaraq özünü normal göstərməyə çalışır”.

Qeyd edək ki, “Overton pəncərəsi” (Overton window) – cəmiyyətdə hansı fikirlərin qəbul edildiyini göstərən “çərçivə” deməkdir.

tttt

Ləman İmran
Globalinfo.az

Paylaş: