Türkiyədə liseydə silahlı hücum nəticəsində 16 nəfərin yaralandığı hadisə ilə bağlı polis genişmiqyaslı araşdırma başladıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə ilə bağlı təhlükəsizlik orqanları tərəfindən genişmiqyaslı araşdırma başlanılıb və təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.
***12:17
Türkiyədə liseyə edilən silahlı hücumda yaralananların sayı artıb.
Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində 16 nəfər yaralanıb.
Hücumu törədən məktəblinin özünü öldürdüyü bildirilir.
***11:56
Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.
Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb. Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.
Hadisədən sonra əraziyə çoxsaylı tibb briqadası və xüsusi polis qüvvələri cəlb edilib.
Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.
Şagirdlərin böyük əksəriyyətinin təxliyə olunduğu qeyd olunub. Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.