nato

Sloveniya NATO-dan çıxmaqla bağlı referendum keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Məclisinin yeni spikeri və Avroskeptik Pravda partiyasının lideri Zoran Stevanoviç bildirib.

O, ölkəsinin öz siyasətini müstəqil və suveren şəkildə aparmalı olduğunu deyib:

“Biz xarici hərbi və diplomatik mübahisələrə müdaxilənin qəti əleyhinəyik, çünki Sloveniya bundan heç vaxt faydalanmır. Xalqımıza NATO-dan çıxmaqla bağlı referendum keçirəcəyimizə söz vermişdik və bu referendumu keçirəcəyik”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ölkənin bu ittifaqa ehtiyacı olmadığını demişdi.

Ağ Ev rəhbəri bildirmişdi ki, ABŞ-ın Şimali Atlantika Alyansından çıxma ehtimalını nəzərdən keçirir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: