2740cc4c 3f03 35bf ae12 f8e99745347d 1200

Moskvada Ermənistan hökumətinin tərəfdarı saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Moskov Times” məlumat yayıb. Qeyd olunub ki, politoloq Aram Avetisyan Moskvanın Vnukovo hava limanında saxlanılıb.

Onun İrəvandan çəkiliş qrupunun tərkibində Rusiyaya gəldiyi bildirilir.

Məlumata görə, saxlanılmanın rəsmi hüquqi səbəblərlə deyil, Nikol Paşinyan rəhbərlik etdiyi hazırkı Ermənistan hökumətinə ictimai dəstəyi ilə bağlı ola biləcəyi iddia olunur.

Qeyd edilir ki, Avetisyanın siyasi mövqeyi hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşməsinə səbəb olub.

5397959436883663408

Tahir Turan
Globalinfo.az

Paylaş: