ABŞ-ın İran limanlarına gəmiçiliklə bağlı mümkün blokadası ən çox Çinə təsir göstərəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) qəzeti məlumat yayıb.
“İran neftinin demək olar ki, hamısı Çinə tədarük olunurdu və İslam Respublikasının enerji ehtiyatları Çinin dəniz yolu ilə neft idxalının təxminən 13%-ni təşkil edirdi.
Beynəlxalq səviyyədə iştirakı olmayan Pekin adətən ABŞ sanksiyalarına məhəl qoymur, daxili bazarda rəqabət qabiliyyətini qorumaq üçün İran neftini endirimli qiymətlərlə alırlar”, – deyə nəşr bildirib.
Qeyd edək ki, aprelin 12-də ABŞ-ın İranla razılaşmanın pozulmasından sonra Hörmüz boğazını blokadaya alacağı açıqlandı. Xüsusilə, Amerika Hərbi Dəniz Qüvvələri sulardakı minaları məhv edəcək və beynəlxalq sularda İrana rüsum ödəyən gəmiləri izləməyə və saxlamağa başlayacaq.
Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari isə ABŞ-ın İrana qarşı hərbi dəniz blokadasının qanunsuz olduğunu bildirdi.
Əliyar Xəlil
Globalinfo.az