ekonomika azerbaydjana 1200

Azərbaycanda iqtisadi artımla bağlı son durum açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu ilin ilk rübdə ölkə üzrə ÜDM 29 mlrd. 703,2 mln. manata bərabər olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 0,3% azdır.

Bu dövrdə neftqaz sektoru üzrə əlavə dəyər 1,2% azalaraq 8 mlrd. 531,6 mln. manat, qeyri-neft sektoru üzrə əlavə dəyər isə 0,2% artaraq 21 mlrd. 171,6 mln. manat təşkil edib.

Paylaş: