Başqırdıstan Respublikasının rəhbəri Radi Xabirovun böyük qardaşı Rişat Xabirov yol qəzasında həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a Vilayət Dövlət Məclisinin deputatı Rüstəm Əhmədinurov məlumat verib.

Deputatın sözlərinə görə, qəza respublika sərhədləri daxilində baş verib.

Qəzanın təfərrüatları hələlik açıqlanmayıb.

Mərhumun 68 yaşı olub. O, uzun müddət Rosreestrin regional ofisində, daha sonra daşınmaz əmlak sənayesində çalışıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: