Türkiyədə daha bir neçə məşhur saxlanılıb.
Globalinfo.az xəbər verir ki, sosial media fenomenləri Samet Liçina, Mika Slovana və Elif Karaaslan bu sırada yer alıb.
Xaricdə olduqları müəyyən edilən aktyor İlker İnanoğlu və müğənni Cem Adrian barəsində isə həbs qərarı çıxarılıb.
Narkotiklərlə Mübarizə Polisi Bebek səmtində yerləşən məşhur məkanların birində əməliyyat keçirərək axtarış aparıb.
Hadisə ilə bağlı istintaq tədbirləri davam edir.
Qeyd edək ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində məşhurlara yönəlmiş genişmiqyaslı əməliyyat keçirilir.