1667631091 1659422730 ceyhun bayramov 900x487 3

Xarici işlər naziri Ceyhun Bayramova itki üz verib.

Globalinfo.az Ölkə.az-a istinadən xəbər verir ki, nazirin əmisi oğlu Vidadi Abbasoğlu Bayramov dünyasını dəyişib.

Onun bir müddətdir səhhətində yaranan problemlərdən əziyyət çəkdiyi bildirilir.

V.Bayramov Şəmkir şəhər qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, mərhum uzun illər Şəmkir şəhərində yerləşən Nəriman Nərimanov adına tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

1775903886 screenshot 2026 04 11 143159

Vidadi Bayramov

Paylaş: