
“Tramp marşrutu” layihəsinin həyata keçirilməsinə digər ölkələrin də qoşulması gözlənilir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O bildirib ki, razılaşma əsasən Ermənistanla ABŞ arasında bağlanacaq:
“Bununla yanaşı, tikinti prosesində əlavə tərəfdaşların iştirakına ehtiyac duyulacaq.
Layihənin idarə olunması mərhələsində də oxşar əməkdaşlıq formatı istisna edilmir”.
Safura Bənnayeva
Globalinfo.az