tramp gulus 242 900x506 1

ABŞİran arasında atəşkəsdən sonra bir sıra iddialar gündəmə gəlib. Versiyalardan biri də budur ki, “ABŞ müharibədə qəsdən məğlub olub”. Bildirilir ki, məqsəd dünya iqtisadiyyatını zəiflətmək, ABŞ təsirini yenidən formalaşdırmaq və digər ölkələri Amerika resurslarından daha asılı vəziyyətə salmaqdır.

Bu fikirlər nə qədər realdır?

Globalinfo.az-a danışan politoloq Fikrət Sadıqov deyib ki, deyilənlər sadəcə iddiadır və Trampın müharibəni qəsdən uduzması inandırıcı deyil:

“Düşünmürəm ki, ABŞ prezidenti uduzduğunu hesab edir. Onun tərəfdarları da o mövqedə deyillər. Belə iddiaların irəli sürülməsi ola bilsin ki, müəyyən qüvvələrin maraqlarına xidmət edir, amma bu, ABŞ rəhbərliyinin maraqlarına cavab verən iddia deyil”.

Fikret sadiqov

Politoloqun sözlərinə görə, İran ABŞ-ın zərbələrinə hər zaman cavab verib:

“Reallıq ondan ibarətdir ki, ABŞ İrana müəyyən zərbələr endirib. İran isə zəifləməsinə baxmayaraq, müqavimət göstərir, öz ərazisini müdafiə edir və cavab verməyə çalışır. Bununla belə, görünən odur ki, İranın nüvə proqramına zərbələr endirilib, ballistik raket sayı müəyyən dərəcədə azalıb və əvvəlki gücdə müqavimət müşahidə olunmur. Hazırda İran əsasən Fars körfəzi və Hörmüz boğazı üzərindən təzyiq vasitələri ilə mövqeyini nümayiş etdirməyə çalışır. Bu baxımdan, düşünmürəm ki, belə bir iddia Ağ Evdən gəlsin. Bu, münaqişə ilə bağlı maraqları olan tərəflərin ortaya atdığı iddia ola bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: