tramp 3 900x506 1

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı qərara görə Tehranı günahlandırıb.

Globalinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “TruthSocial”da paylaşım edib.

“İranın Hörmüz boğazı ilə bağlı qərarı çox pisdir. Bəzilərinin dediyi kimi, hətta şərəfsiz iş görür. Bu bizim razılaşmamıza uyğun deyil!”, – Tramp yazıb.

ABŞ Prezidenti həmçinin boğazdan keçən neft tankerlərindən rüsum alınması ilə bağlı məlumatlara da qəzəbləndiyini bildirib:

İran bunu indi dayandırmalıdır!”

Qeyd edək ki, İran Hörmüzdən gün ərzində yalnız 15 gəminin keçə biləcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: