tramp

Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalı növbəti nömrəsinin üz qabığında ABŞ Prezidenti Donald Trampı təsvir edib.

Globalinfo.az xəbər verir ki, nəşrin üz qabığında ABŞ bayrağına bürünən Ağ Ev rəhbəri təsvir olunub və bayrağın üzərində “Missiya yerinə yetirildi” sözləri yer alıb.

Qeyd edək ki, “The Economist” həftəlik jurnal olub, əsasən iqtisadiyyat, siyasət, beynəlxalq münasibətlər və biznes mövzularını əhatə edir. 1843-cü ildə təsis edilən nəşr analitik yazıları və qlobal hadisələrə obyektiv yanaşması ilə tanınır. Dünyanın aparıcı media orqanlarından biri hesab olunur və geniş oxucu auditoriyasına malikdir.

1775744784 049671e2160041300849885131210248048 14

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: