pasinyan yeni8 900x600 1

Qazaxıstan da TRIPP layihəsi ilə maraqlanır”. 

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, beynəlxalq əlaqələr üçün yeni bir yol açılır: 

” Qazaxıstan beynəlxalq nəqliyyat sektorunda, xüsuilə Çinlə ticarət baxımından əsas oyunçulardan biridir.Qazaxıstanla həmkarlarımla TRIPP layihəsinin onlara necə imkanlar aça biləcəyini müzakirə etmişik. Qazaxıstan bu mövzu ilə maraqlanan yeganə ölkə deyil, başqaları da var. İctimai proses gedir və biz bunu tərəfdaşlarımızdan gizlətməyəcəyik. Təbii ki, Qazaxıstanı ixrac, idxal və göstərilən nəqliyyat xidmətləri zəncirində nəzərə almaq üçün Ermənistandan keçən tranzit marşrutlarından istifadə etməyə hazır olmağa dəvət etməliyik”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: