Rusiya Xalq artisti, müğənni Alla Puqaçova Moskvadakı yeganə mənzilini satışa çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “kp.ru” saytı müğənninin yaxınlarına istinadən məlumat yayıb.
Prosesin gizli şəkildə aparıldığı bildirilib:
“Söhbət Puqaçovanın beş otaqlı, 303 kvadratmetrlik mənzilindən gedir. Rieltorlar əmlakı yarım milyard rubl (təxminən 10 5000 manat) dəyərində qiymətləndirirlər. İfaçı mənzili 2004-cü ildə keçmiş kürəkəni Ruslan Baysarovdan hədiyyə olaraq alıb”.
Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra Puqaçova əri Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyadan İsrailə köçüb. Məşhurlar hazırda dünyanı fəal şəkildə gəzirlər.
Günel Cəlil
Globalinfo.az