Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-la İran arasındakı atəşkəsdən danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.
“ABŞ və İran arasındakı münaqişə dayandırılıb. Gözlənildiyi kimi, hər iki tərəf qələbə elan edib. Bəs kim qalib gəldi? İlk növbədə, sağlam düşüncə, Ağ Evin İran sivilizasiyasını bir gündə məhv etmək iddiaları ona olan inamı ciddi şəkildə sarsıtdı”, – Medvedev qeyd edib.
Siyasətçi bildirib ki, ABŞ Prezidenti Donald Trampın 10 bəndlik plana razılıq verməsi iranlılar üçün uğurdur, yeganə sual Vaşinqtonun buna razı olub-olmayacağıdır:
“Çünki ABŞ-ın tələblərinə İrana dəyən ziyanın ödənilməsi, nüvə proqramının davam etdirilməsi və Tehranın Hörmüz boğazı üzərində nəzarəti daxildir ki, bu da Tramp üçün böyük əhəmiyyət kəsb edir.
Tramp bununla razılaşmayacaq. Bu, onun üçün alçaldıcı olardı və İran üçün əsl qələbə sayılardı. Bəs onda nə olacaq? Daha çox hərbi əməliyyat? Bəlkə də, alternativ variant var. Tramp uzun müddət müharibə aparmaq istəmir və edə bilməz, Konqres isə onu dəstəkləməyəcək. Buna görə də kövrək atəşkəsi qorumalı və hər şeyin yaxşı olduğunu iddia etməliyik”.
O, həmçinin qeyd edib ki, İran münaqişəsi üç tərəfin oynadığı şahmat oyunudur:
“İsrail ABŞ tərəfində oynamır və atəşkəsə ehtiyac duymur, çünki İsrailin məqsədləri həll olunmayıb. Bu da vəziyyəti qeyri-müəyyən edir”.
Safura Bənnayeva
Globalinfo.az