1775248537 658362436 18572250367024649 3522048123316536846 n 30

Tehranın mərkəzindəki Rafi-Nia sinaqoqu İsrail tərəfindən bombalanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkə hesabında yazıb.

“Tehranın mərkəzindəki Rafi-Nia sinaqoqu İsrail tərəfindən hücuma məruz qalıb, 70 illik sinaqoq dağıdılıb”, – Bəqai bildirib.

Onun sözlərinə görə, İran yəhudi icmasının parlamentdəki nümayəndəsi Homayun Sameh hücumun yəhudilərin Pesax bayramında törədildiyini xatırladıb. “İranda yəhudi sinaqoquna edilən hücum, məscidlərə, kilsələrə, məktəblərə, xəstəxanalara, yaşayış ərazilərinə, həmçinin İrandakı sənaye və istehsal infrastrukturuna edilən hücumlar kimi, İranın varlığına, kimliyinə və sivilizasiyasına qarşı yönəlmiş bir cinayətdir”, – Bəqai vurğulayıb.

Paylaş: