Gurcu parlamenti 111

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Globalinfo.az xəbər verir ki, parlamentin binasına kənar şəxslərin buraxılması məhdudlaşdırılıb. Məhdudiyyətlərin deputatların təhlükəsizliyinin təmini üçün tətbiq edildiyi vurğulanıb.

Bununla belə, Gürcüstan parlamenti qarşısında mitinqə start verilib. Mitinqə qeyri-hökumət təşkilatları, siyasətçilər və sadə vətəndaşlar qatılıblar. Onlar “Rusiya qanununa yox” şüarları səsləndirirlər.

Qeyd edək ki, bu gün Gürcüstan xarici təsir agentləri barədə qanun layihəsi müzakirə edilir. Artıq Hüquq Komitəsində müzakirə zamanı gərginlik yaşanıb. Nəticədə müxalif deputatlar iclasdan qovulub.

Xarici təsir agentləri haqqında qanun ölkədə media və QHT-lərin xaricdən maliyyələşməsini məhdudlaşdırır. Qərb ölkələri Gürcüstan hakimiyyətinin bu addımının onu Avropa Birliyinə inteqrasiya perspektivindən uzaqlaşdıracağını düşünür.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: