1IawpxuJwrnxQYvOjIl5KjdDpdDJlsjXxA83EtdT 1200 8

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Zaur Əliyev bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Globalinfo.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

Paylaş: