Abşeronda küçədə tapılan nitq qüsurlu uşaq valideynlərinə təhvil verilib.
Bu barədə Globalinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
***10:00
Yol Patrul Xidməti əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan dairəsi ərazisində nitq qüsurlu azyaşlı uşaq aşkar edilib.
DİN-dən Globalinfo.az-a verilən məlumata görə, uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.
Uşaq hazırda Abşeron Rayon Polis İdarəsindədir.