Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən qəbiristanlıqda intihar hadisəsi baş verib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, martın 5-i saat 15:00 radələrində qəbiristanlıqdakı ağöaclardan birindən asılı vəziyyətdə qalmış meyit tapılıb. Dərhal polisə və prokurorluğa məlumat verilib və məlum olub ki, meyit 1979-cu il təvəllüdlü Əbdül Nizami oğlu Xəlilova məxsusdur.
Ə.Xəlilovun həmin qəbiristanlıqda fəhlə işləməsi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Malik
Globalinfo.az