Rumıniya millisinin baş məşqçisi Mirça Luçeskunun vəziyyətinin pisləşməsi və vəfat etməsi ilə bağlı dünyanın bir sıra önəmli informasiya agentliklərində məlumat yayılıb. Bildirilir ki, məşhur məşqçinin səhhəti bu gün qəfil pisləşib və vəfat edib.
Globalinfo.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə əlaqə saxlayıb. O, açıqlamasında Mirça Luçeskunun reanimasiyaya yerləşdirildiyini bildirib:
“Dünən Luçeskunun vəziyyəti yaxşı idi və xəstəxanadan çıxmalı idi. Xəstəxanadan çıxarkən qəfil vəziyyəti pisləşib, kliniki ölüm keçirdib. Həkimlərin müdaxiləsindən sonra həyata qayıdıb. Hazırda reanimasiyadadır, vəziyyəti kritikdir. Oğlu da Yunanıstandan gəlib, yanındadır. Kardioloqlardan ibarət həkim qrupu konsilium keçirəndən sonra nə edəcəklərinə qərar verəcəklər”, – deyə səfir Vasile Soare bildirib.