“Crocus” terrorunda ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilən Yakubjoni Dövlətxon Yusufzoda intihar edib.

Globalinfo.az bildirir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin Moskva üzrə Baş İdarəsindən RBK-ya məlumat verilib.

    Bildirilib ki, 37 yaşlı Yusufzoda Yakubcon “Matrosskaya Tişina” istintaq təcridxanasında intihar edib.

    Bir neçə saat ərzində reanimasiya tədbirləri görülüb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.(APA)

    ***16:50

    Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında baş verən terror aktını törədənlərdən biri olan Yakubjoni Dövlətxon Yusufzoda “Matrosskaya Tişina” istintaq təcridxanasında intihar edib. 

    Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

    Məlumata görə, 37 yaşlı məhkum xəstəxanaya yerləşdirilib, hazırda reanimasiya şöbəsindədir.

    Dövlətxon konsert zalına hücum işi üzrə 19 təqsirləndirilən şəxsdən biridir. Məhkəmə onu ömürlük həbs cəzasına məhkum edib.

    Qeyd edək ki, “Crocus City Hall” konsert zalı azərbaycanlı iş adamı Araz və Emin Ağalarovlara məxsusdur.

    Paylaş: