Martın 31-də Krımda Rusiya Müdafiə Nazirliyinə məxsus An-26 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Şimal donanmasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə üzrə 45-ci ordusunun komandanı Aleksandr Otroşçenko da olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vesti” məlumat yayıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinə məxsus An-26 təyyarəsinin Krımda qəzaya uğraması nəticəsində 29 nəfər həlak olmuşdu.
Safura Bənnayeva
Globalinfo.az