İran ABŞ və İsrailin təcavüzündən dəyən ziyanı yeni tranzit rejimi çərçivəsində kompensasiya etdikdən sonra Hörmüz boğazının açılmasına icazə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin verdiyi məlumatda qeyd olunub.
Bildirilib ki, Tehran gəmiləri Hörmüz boğazından istifadə edən bütün dövlətləri “dost”, “neytral” və “düşmən” kimi təsnif edib.
Yalnız birinci kateqoriyadakı ölkələr boğazdan sərbəst keçid hüququna malikdirlər. Neytral ölkələrdən gələn gəmilərə yüksək rüsumlar tətbiq olunacaq, düşmən ölkələrə isə boğazdan istifadə etmək qadağan ediləcək.
Qeyd edək ki, Tramp daha əvvəl İran hökumətini Hörmüz boğazını açmağa çağırmışdı. Amerika lideri onları alçaq adlandırmış, enerji obyektlərinə və körpülərə güclü zərbələr endirməklə hədələmişdi.
Tahir Turan
Globalinfo.az