qasim suleymani

Qasım Süleymaninin qızı ABŞ-da həbs olunanlarla qohumluq əlaqələrini təkzib edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, SEPAH-ın “Qüds” qanadının öldürülmüş komandanı Qasım Süleymaninin qızı Nərgiz Süleymani ABŞ-ın həbs etdiyi Həmidə Süleymani Əfşar və onun qızı ilə hər hansı qohumluq əlaqəsinin olduğunu inkar edib.

O bildirib ki, Qasım Süleymaninin hər iki qardaşı övladı bəydir, xanım deyil.

“Bu günə qədər Süleymaninin ailəsindən və ya qohumlarından heç kim ABŞ-də yaşamayıb”, – o əlavə edib.

Qeyd edək ki, bu gün ABŞ Dövlət Departamenti Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin cümə günü ABŞ federal agentləri tərəfindən həbs olunduğunu və onların yaşayış icazələrinin (Green Card) ölkənin dövlət katibi Marko Rubionun göstərişi ilə ləğv edildiyini açıqlayıb.

Paylaş: