Goranboyda yük və minik avtomobili toqquşub.
Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Meşəli kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəza zamanı minik maşınının sürücüsü 2002-ci il təvəllüdlü T.Quliyev xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt üzrə araşdırma aparılır.