kulek 9

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 4-6-da külək güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a bildirilib ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır.

kulek

Paylaş: