1IawpxuJwrnxQYvOjIl5KjdDpdDJlsjXxA83EtdT 1200 1

Bu gün Fars körfəzində İrandakı əməliyyatlarda iştirak edən ABŞ ordusuna aid daha bir təyyarə qəzaya uğrayıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, “A-10 Warthog” təyyarəsi Hörmüz boğazı yaxınlığında, təxminən İran üzərində F-15E təyyarəsinin vurulması ilə eyni vaxtda qəzaya uğrayıb.

Məlumatda təyyarənin pilotunun təhlükəsiz şəkildə xilas edildiyi bildirilir. ABŞ rəsmiləri təyyarənin necə qəzaya uğradığı barədə əlavə məlumat verməyiblər.

Paylaş: