pilot

ABŞ-ın İran üzərində daha əvvəl vurulan “F-35” qırıcı təyyarəsinin pilotu üçün axtarış-xilasetmə əməliyyatı aparmaq cəhdi uğursuz oldu.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat verib.

Qeyd olunur ki, ABŞ qüvvələri əməliyyatda “Black Hawk” helikopterləri və “C-130” Herkules təyyarəsi ilə iştirak edib.

Agentlik bildirib ki, Helikopterlərdən biri sərhəd yaxınlığında İran hava hücumundan müdafiə qüvvələrinin hücumuna məruz qalıb və əməliyyat zonasını tərk edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: