Sulhmeramlilar

Rusiya sülhməramlılarına məxsus zirehli transportyor və hərbi maşınlar Xankəndi istiqamətində hərəkət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarında video paylaşılıb.

Sülhməramlıların hansı səbəbdən Xankəndiyə getdiyi bilinmir.

Qeyd edək ki, bu gün Ordumuz tərəfindən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirən erməni separatçı-terrorçuları zərərsizləşdirilib.

Paylaş: