esas n

Milli Məclisin deputatı Novruzəli Aslanov 2 aprel 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçiciləri qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu dəfəki qəbul rayonun İvanovka kəndində keçirilib.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən İvanovka kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

img 20260402 wa0045 img 20260402 wa0046 img 20260402 wa0047 img 20260402 wa0048 img 20260402 wa0049 img 20260402 wa0051 img 20260402 wa0052 img 20260402 154117

Paylaş: