ABŞ ordusu Prezident Donald Trampa İranın nüvə obyektlərinin dağıntıları altından təxminən 450 kq zənginləşdirilmiş uranı çıxarmaq planı təqdim edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu əməliyyat çox çətin və risklidir:
“Bunun üçün minlərlə əsgər, ağır texnika və xüsusi avadanlıq lazım ola bilər. Əvvəlcə İranın hava müdafiə sistemləri vurulmalı, sonra isə əraziyə daxil olub uran qazılıb çıxarılmalıdır.
Uran əsasən yerin altında, dağıntılar altında qaldığı üçün ora çatmaq üçün beton və qoruyucu qatları qazmaq tələb olunur. Belə bir əməliyyat isə döyüş şəraitində indiyə qədər həyata keçirilməyib və çox təhlükəli sayılır”.
Ekspertlərin sözlərinə ki, bu plan həyata keçirilsə, ABŞ-ın həmin ərazini müvəqqəti nəzarətə götürməsi də lazım gələ bilər və bu da itkiləri qaçılmaz edir.
Hazırda bu plan yalnız müzakirə mərhələsindədir və yekun qərar verilməyib.
Əliyar Xəlil
Globalinfo.az