Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ramana qəsəbəsində olub.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, Eldar Əzizov bir neçə gün yağan intensiv yağışlar nəticəsində subasmadan zərər çəkmiş ərazilərə yerində baxış keçirib.
BŞİH başçısı yağış sularının olduğu ərazilərdə sakinlərlə görüşüb, problemləri dinləyib, həmçinin aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.