“İran üçün çox mühüm su yolu olan Hörmüz boğazından artıq ABŞ, İsrail və onlara dəstək verən ölkələrin gəmiləri keçə bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Əgər kimsə hansısa bəhanə ilə ABŞ və İsrailin İrana qarşı etdiyi hücumlara qoşularsa, bunun sonu həmin ölkələr üçün çox təhlükəli və pis olacaq. İran buna çox sərt cavab verəcək”, – deyə o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az