“NATO, Avropa Şurası, ATƏT, BMT və Soyuq müharibədən miras qalmış digər təşkilatlar artıq fəaliyyət göstərmir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampdan sonra “klounlar dövrü” başa çatacaq.
“Artıq daha balanslı dövlət xadimlərinin dövrü başlayır. “Tramp” nüfuzdan düşmüş brenddir, “Trampın yolu” da (Zəngəzur dəhlizi-red.) eyni şəkildə.
Əgər ABŞ-ın hazırkı vitse-prezidenti Ceyms Di Vens növbəti prezident olarsa, TRIPP BRIPP adlandırılacaq, əgər dövlət katibi Marko Rubio olarsa – RRIPP, əgər İran qalib gələrsə, artıq Xameneinin (əvvəlki ali dini lider Əli Xamenei) adı ilə – KRIPP adlandırılacaq”, – deyə politoloq vurğulayıb.
Qeyd edək ki, BRIPP, RRIPP, KRIPP kimi ifadələr rəsmi termin deyil, politoloqun özünün yaratdığı şərti, simvolik abbreviaturalardır.
Stepan Danielyan bildirmək istəyir ki, ABŞ-da kimin Prezident olmasından asılı olmayaraq, TRIPP kimi layihələr mahiyyətcə dəyişməyəcək, sadəcə yeni liderin adı ilə başqa format və ad altında davam edəcək.
Əliyar Xəlil
Globalinfo.az