Ağdamda bıçaqlanan qız Bakıya göndərilib.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, rayon sakini Leyla Cəfərova dayısı oğlu tərəfindən bıçaqlanaraq müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı üz nahiyəsi və sol əlində kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılıb.
Tibb müəssisəsində ona ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub.
Həkimlərin qərarına əsasən, vəziyyətinin daha ciddi müayinə və müalicə tələb etməsi səbəbindən Leyla Cəfərova paytaxtdakı ixtisaslaşmış travmatologiya xəstəxanasına göndərilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma davam etdirilir
***19:12
Ağdamın Quzanlı qəsəbəsində bibisi qızı Cəfərova Leylanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***18:44
Ağdamın Quzanlı qəsəbəsində 19 yaşlı qız bıçaqlanıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Leyla Cəfərova üzü və sol əlində kəsilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zərərçəkmiş xəstəxanada bildirib ki, hadisəni törədən şəxs onun dayısı oğludur.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.