Tatarıstanda “Nijnekamskneftekim” zavodunda baş verən partlayış nəticəsində həlak olanların sayı üçə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə mənbə REN TV-yə bildirib.
Məlumata görə, ümumilikdə 58 nəfər xəsarət alıb.
Qeyd edilib ki, yanğın lokallaşdırılıb.
Telekanalın məlumatına görə, zərərçəkənlərdən 5-nin vəziyyəti ağırdır.
***16:21
Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda partlayışda bir nəfər ölüb, 52 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, itkin düşənlərin olduğu bildirilir.
Məlumata görə, müəssisənin ərazisində binalar zədələnib.
Yanğınsöndürənlər yanğını lokallaşdırmağa davam edirlər.