hormuz 900x600 1

İran Parlamentinin Milli Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilər üçün rüsumların tətbiqini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, yeni plana ABŞ, İsrail və əvvəllər İslam Respublikasına qarşı birtərəfli sanksiyalar tətbiq edən ölkələrlə əlaqəli gəmilərin keçidinə qadağa da daxildir.

Rüsumların İran rialı ilə ödənilməsi nəzərdə tutulur.

Paylaş: