saaraa

Suriya prezidenti Əhməd əş-Şaraa İranla gərginliyin artmasının qlobal enerji bazarları üçün ciddi risklər yaratdığını bəyan edib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, münaqişənin diplomatik razılaşma olmadan daha da dərinləşməsi gələcəkdə əlavə təhlükələrə və enerji daşıyıcılarının qiymətlərində kəskin artıma səbəb ola bilər.

Əş-Şaraa həmçinin Fars körfəzi ölkələrinə qarşı hücumları pisləyib. O bildirib ki, bu dövlətlər münaqişəyə könüllü qoşulmayıb, əksinə İran tərəfindən hücumlara məruz qalıb. Şaraa Suriyanın region ölkələri ilə tam həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: