abs rusiya 1

Rusiya ilə ABŞ arasında əlaqələrin gələcəyi Ukrayna ətrafındakı vəziyyətin həllindən asılıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonov deyib.

O, yaxın gələcəkdə ikitərəfli münasibətlərdə irəliləyiş gözləmədiyini bildirib.

Qeyd edək ki, martın 27-də  Vaşinqtonda Dövlət Dumasının deputatları ilə ABŞ Konqresinin üzvləri arasında 12 ildən sonra ilk görüş keçirilib.

Burada yalnız Ukrayna münaqişəsi ilə bağlı məsələləri deyil, həm də mədəniyyət və idman da daxil olmaqla münasibətlərin yaxşılaşdırılmasını müzakirə edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: