SEPAH-ın ABŞ tərəfindən öldürülən generalı Qasım Süleymaninin qızı Zeynəb Süleymani video paylaşıb.
Globalinfo.az xəbər verir ki, o, paylaşımda Səudiyyə Ərəbistanı və BƏƏ rəhbərliyinə xəbərdarlıq edib.
“Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla bəzi Körfəz ölkələrinin ABŞ-Sionist təzyiqlərini pərdəarxası şəkildə təhrik etdiyi və dəstəklədiyi bildirilir. Biz onları xəbərdar edirik ki, “müqavimət oxu”ndakı Hacı Qasım məktəbinin davamçıları xainlər üçün geniş planlar hazırlayıblar. Hacı Qasimin gözlərindəki qəzəbi xatırlayırsınızmı? İndi o gözləri döyüş meydanındakı İslam Ordusu əsgərlərində görmək mümkündür”, – deyə o bildirib.
Videoda qeyd olunub ki, istər Amerika olsun, istər Səudiyyə (Ərəbistanı), istərsə də hər hansı başqa nəsə etmək istəsələr də, bacarmazlar. Bu, ilahi iradədir.
Tahir Turan
Globalinfo.az