İsrailin Baş naziri Benyamin Netanyahu orduya Livanla bağlı yeni tapşırıq verib.
Globalinfo.az xəbər verir ki, Netanyahu İsrail Silahlı Qüvvələrinə Livanın cənubunda yerləşən “təhlükəsizlik bufer zonası”nı genişləndirmək barədə göstəriş verib.
Məlumata görə, qərar bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qalması fonunda qəbul edilib. Rəsmi dairələr bu addımın sərhəd bölgələrində təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini bildirir.
Hələlik əməliyyatın detalları və genişlənmənin hansı əraziləri əhatə edəcəyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az