İran ABŞ qoşunlarının yerləşdiyi İordaniyadakı Müvəffəq Salti hava bazasına zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə”İnterfaks” məlumat yayıb.
Hücum hərbi texnika və kazarmaları hədəf alan dronlardan istifadə edilərək həyata keçirilib. İran ordusunun məlumatına görə, bu baza İslam Respublikasına qarşı hava hücumları üçün əsas məkandır.
Qeyd edək ki, burada F-35A, F-15E, F-16 və A-10 da daxil olmaqla çoxsaylı Amerika qırıcı təyyarələri eskadrilyası yerləşir.
Tahir Turan
Globalinfo.az