Son dəqiqə! Hacıqabulda zəlzələ oldu

Son dəqiqə! Hacıqabulda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Saat 20:12-də Şirvan stansiyasından 30 km şimal-qərbdə Hacıqabul rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar hiss olunmayıb.