WhatsApp Image 2026 03 28 at 23.48.41

Xəbər verdiyimiz kimi, martın 27-dən etibarən BakıAbşeron yarımadasında müşahidə olunan intensiv yağışlar ciddi fəsadlara səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu vəziyyət fonunda sosial şəbəkələrdə 44 il əvvəl paytaxtda yağan güclü yağışla bağlı “Mozalan” kinojurnalının maraqlı sujeti yenidən gündəmə gətirilib.

Videoda həmin dövrdə Bakıda yağan yağışın yaratdığı problemlər əks olunub. Sujetdə küçələrin su altında qalması, nəqliyyatın hərəkətində yaranan çətinliklər və ümumi infrastruktur problemləri təsvir edilir.

Xüsusilə diqqət çəkən məqam isə o illərdə kanalizasiya sisteminin zəif fəaliyyəti və bunun yağış sularının vaxtında axıdılmasına mane olmasıdır. Bu isə nəticədə şəhərdə oxşar problemlərin yaranmasına səbəb olub.

Maraqlıdır ki, paytaxtda 44 il əvvəllə də eyni problem yaranırdı, indi də…

Paylaş: