1774680563 5348246947074085949

“Donald Tramp Hörmüz boğazını “Amerika” və ya öz adı ilə adlandırmağı planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Qeyd olunur ki, ABŞ prezidenti boğaza nəzarəti ələ keçirməyi prioritet hesab edir, çünki NATO müttəfiqlərinin dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunmasında kömək etməməsindən məyusdur.

Mənbələri bildiriblər ki, Tramp “İranın həmin marşrut üzərində hökmranlığına son qoyulduqdan” sonra boğazın adını dəyişdirməyi və ya öz adı ilə adlandırmağı müzakirə edə bilər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: