IMG 20260327 WA00171

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.

***27.03.2026  19:10

Azərbaycanın müxtəlif bölgələrinə yağan leysan yağışlar bir sıra fəsadlar törədib. 

Globalinfo.az xəbər verir ki, güclü yağışlar Qubanın kəndlərində də problemlər yaradıb.

Belə ki, Qubada Qrızdəhnə kəndinə gedən yol uçub və nəticədə avtomobillərin hərəkəti iflic olub.

Yalnız “Niva” markalı maşınlarla kəndə qalxmaq mümkün olub.

Daha ətraflı videoda:

View this post on Instagram

Paylaş: