
Türkiyə millisi 1-0 hesablı qələbə qazanıb.
***
Qarşılaşmada Türkiyə hesabı açıb. 53-cü dəqiqədə Fərdi Kadıoğlu fərqlənib.
***
Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə start veriləcək.
Globalinfo.az xəbər verir ki, A, B, C və D yolunda ümumilikdə 8 oyun keçiriləcək.
Türkiyə millisi İstanbulda Rumıniya seçməsi ilə üz-üzə gəlib və hazırda oyun davam edir. “Beşiktaş Park” stadionunda təşkil edəcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Birinci hissə qolsuz başa çatıb.
Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.
***
Bu gün futbol üzrə dünya çempionatının pley-off mərhələsində Türkiyə millisi Rumıniya ilə üz-üzə gələcək.
Globalinfo.az xəbər verir ki, matç Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Qarşılaşma İctimai TV-də canlı yayımlanacaq.
Bu cütün qalibi finalda Slovakiya – Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək.
Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
A yolu
23:45. İtaliya – Şimali İrlandiya
23.45. Uels – Bosniya və Herseqovina
B yolu
24:45. Polşa – Albaniya
C yolu
21:00. Türkiyə – Rumıniya
23:45. Slovakiya – Kosovo
D yolu
23:45. Danimarka – Şimali Makedoniya
23:45. Çexiya – İrlandiya
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.