f1119d38 a2f3 4ce0 8d82 d6cf8b585590

Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Globalinfo.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar tərəfindən respublikanın müxtəlif bölgələrində uşaqlar üçün bayram şənlikləri keçirilib, azyaşlılara unudulmaz anlar bəxş olunub.

Tədbirlərin məqsədi gələcəyimiz olan uşaqların asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, zəngin milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, onlarda Novruzun yaratdığı birlik və sevinc ruhunun yüksəldilməsidir.
Bayram proqramlarında şəhid övladlarının iştirakı xüsusi diqqətdə saxlanılıb.
Eyni zamanda uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum uşaqlarla görüşlər keçirilib, onlarla bayram sevinci bölüşülüb.

Novruzun sevilən personajları – Kosa, Keçəl və Bahar qızının maraqlı çıxışları, şən zarafatları və uşaqlarla birgə rəqsləri tədbirlərə fərqli ab-hava qataraq balacaların sevincini artırıb.

Bayram günlərində həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq və istirahət mərkəzlərində də Novruz şənlikləri təşkil olunub, tonqallar qalanıb, müxtəlif əyləncəli proqramlar təqdim edilib.
Tədbirlərdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nümayəndələri Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin ölkəmizdə uşaqların sağlam və firavan böyüməsi, Vətənə sədaqət ruhunda yetişməsi üçün yaradılan şəraitdən danışıblar.
Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar təşəbbüslərinin əhəmiyyəti vurğulanıb, mədəniyyət və incəsənətlə bağlı layihələrinin Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rolundan bəhs olunub.
Qeyd edək ki, bu il Novruz bayramının yenilənmə ruhu ilə Ramazan ayının mənəvi kamillik çağırışı eyni günlərə təsadüf edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası,

qurumun üzv və tabe təşkilatları tərəfindən Ramazan ayı boyunca ittifaq üzvləri və şəhid ailələrinin iştirakı ilə iftar süfrələri təşkil olunub.
İftar süfrələri ətrafında bir araya gələn həmkarlar ittifaqı üzvləri müqəddəs ayın mənəvi dəyərlərini bölüşərək ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıblar.

1774509624 a916fa1d c54a 4791 9aa9 0477bf2b0e54 kcur 1774509675 8e93fe9a fd14 47f8 b5f8 cb6474bd0d83 kcur 1774509656 d1cd4b11 2058 4e91 a369 940c0e3c2513 kcur 1774509611 ecb0b2f2 450c 4327 85dd 84a51fd03666 kcur 1774509645 d46a828b 9d9e 460c 905b 29f581b5b98b kcur 1774509602 75ac943d 5bc2 45ba 82b2 a7dcc970308c 1774509690 1 kcur 1774509653 69fcbd66 6885 473c 8504 b5214f74f728 kcur 1774509653 c38ba385 4349 4996 a438 8d64be1980e6 kcur 1774509637 14771200611788539609 1000x669 kcur 1774509661 c362d10f b9d2 43f6 a00f e792e5f4170b 1774509672 eff42242 a56a 47e0 9c72 c9618a52449d kcur

1774509694 tramp 4 1767342966 kcur
1774509658 59fb7806 30b0 4e84 9197 1470265629d5 kcur

1774510223 802a46cd 4ba5 4048 8663 69f791443d08

Paylaş: